Fransalı hücumçu "Qarabağ"da ilinə 420 min dollar qazanacaq

Fransalı hücumçu "Qarabağ"da ilinə 420 min dollar qazanacaq Qarabağın yay fasiləsində heyətinə qatdığı fransalı futbolçu Maqaye Qeyenin müqaviləsinin detalları bəlli olub.
Futbol
22 Avqust , 2019 12:09
Fransalı hücumçu Qarabağda ilinə 420 min dollar qazanacaq

"Qarabağ"ın yay fasiləsində heyətinə qatdığı fransalı futbolçu Maqaye Qeyenin müqaviləsinin detalları bəlli olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Ağdam təmsilçisi 29 yaşlı hücumçu ilə 2 illik sözləşmə imzalayıb. Seneqal əsilli forvardın 1 illik qazancı isə 420 min dollar təşkil edəcək.

Qeyd edək ki, Maqaye Qeye son olaraq Türkiyənin "Osmanlıspor" klubunda çıxış edib. O, karyerası ərzində Fransanın "Strasburq", "Brest", İngiltərənin "Everton", "Milluoll" və Türkiyənin "Adanaspor" komandalarının formasını geyinib. "Qarabağ" futbolçunun keçidini elan edən zaman transferin detallarını açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi