Fransalı futbolçu qol sayında Vaqif Cavadova çatıb

Fransalı futbolçu qol sayında Vaqif Cavadova çatıb 31 yaşlı yarımmüdafiəçinin yubileyi XVIII turda “Qəbələ” ilə görüşə təsadüf edib
Futbol
7 Mart , 2022 15:00
Fransalı futbolçu qol sayında Vaqif Cavadova çatıb

"Qarabağ"ın futbolçusu Abdulla Zubir Azərbaycan Premyer Liqasında 25-ci qolunu vurub və komandadakı qol sayına görə Yaşar Hüseynovla Vaqif Cavadova çatıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin yubileyi XVIII turda “Qəbələ”ni 5:1 hesabı ilə məğlub etdikləri görüşə təsadüf edib.

89-cu dəqiqədə "köhlən atlar"ın sonuncu qoluna imza atan fransalı oyunçu 85-ci matçda 25-ci dəfə fərqlənib.

2018/19 mövsümündən Ağdam təmsilçisində çıxış edən Zubir öncə 6, növbəti çempionatda 5 dəfə topu rəqib qapılarından keçirib.Son iki mövsümdə isə onun aktivində 7 qol olub.

O, ilk qolunu 2018-ci il sentyabrın 23-də “Qəbələ”nin qapısına vurub. Yarımmüdafiəçi 4:1 hesabı ilə bitən görüşdə dubl müəllifi olub. Abdullah Zubir “Qarabağ”ın tarixinə Azərbaycan çempionatlarında 25 və daha çox qol vuran 16-cı futbolçu kimi düşüb.

Son xəbərlər

Orphus sistemi