Fransalı futbolçu "Neftçi"ni tərk etməsinin səbəbini açıqlayıb

Fransalı futbolçu "Neftçi"ni tərk etməsinin səbəbini açıqlayıb "Qış fasiləsində Fransaya gedəndən sonra həyat yoldaşım dedi ki, daha Bakıya qayıtma".
Futbol
15 Fevral , 2022 17:44
Fransalı futbolçu Neftçini tərk etməsinin səbəbini açıqlayıb

"Qış fasiləsində Fransaya gedəndən sonra həyat yoldaşım dedi ki, daha Bakıya qayıtma".

Bunu "Report"a müsahibəsində "Neftçi"ni ölkəsinin "Şatoru" klubuna dəyişmiş fransalı futbolçu Romen Bask deyib.

27 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, paytaxt klubuna keçdiyi ilk ayda özünü xoşbəxt hiss etsə də, sonradan vəziyyət çətinləşib: "Avrokuboklarda daim meydana çıxırdım. İnanırdım ki, getdikcə daha da inkişaf edəcək, öz oyunumu yaxşılaşdıracağam. Amma sonradan az oynamağa başladım. Bəzən məşqlərdə taktiki hazırlıqdan kənarda qalırdım. Bu, əslində mənim problemimdir. Oynamayanda başımı itirir, ehtiyatda oturmağı qəbul edə bilmirəm. Bilsəm ki, həqiqətən ehtiyatda qalmağa layiqəm, digər futbolçular məndən güclüdür, sakit oturardım. Amma vəziyyət çox çətin idi. Bundan sonra atamla, həyat yoldaşımla danışdım. Həmin vaxt xanımım hamilə idi. Hamı dedi ki, orada qalsan, hər şey daha da çətinləşəcək".

Futbolu çox sevdiyini deyən Bask bildirib ki, daim meydanda olmaq onun üçün daha önəmlidir: "Düzdür, pulu, ailəmin sosial durumunu düşünməliyəm. Ehtiyatda qala bilməzdim. Vəziyyəti başa düşəndən sonra gördüm ki, kənarda oturmağım mümkün deyil. Oynamamağımın səbəbini bilmirdim. Hər şeyin başlanğıcı məhz bu oldu. Daha sonra övladım doğuldu. Ailəm bir neçə günlük Bakıya gəldi. Lakin həmin vaxt əhvalım pis idi. Hər şeyi müzakirə etdikdən sonra, belə qərar verdik".

Qeyd edək ki, Romen Bask "Neftçi"yə cari mövsümün əvvəlində Fransanın "Havr" klubundan keçmişdi. Paytaxt təmsilçisinin heyətində 12 oyun keçirmiş təcrübəli futbolçu "Şatoru" klubu ilə 3 illik müqavilə imzalayıb.

Roman Baskın geniş müsahibəsini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi