Fransalı futbolçu hücuma məruz qalıb, üzünə sulfat turşusu töküblər

Fransalı futbolçu hücuma məruz qalıb, üzünə sulfat turşusu töküblər Fransanın "Loryan" klubunun futbolçusu Yoan Vissa xoşagəlməz hadisə ilə üzləşib.
Futbol
199
6 İyul , 2021 14:05
Fransalı futbolçu hücuma məruz qalıb, üzünə sulfat turşusu töküblər
Yoan Vissa

Fransanın "Loryan" klubunun futbolçusu Yoan Vissa xoşagəlməz hadisə ilə üzləşib.

"Report" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, tanımadığı qadın 25 yaşlı hücumçunun evinə hücum edərək, onun sifətinə "kislota" töküb. Nəticədə Vissa gözündən ciddi xəsarət alıb.

Dərhal xəstəxanaya çatdırılan fransalı oyunçu əməliyyat olunub. Hazırda onun durumunun sabit olduğu bildirib.

İddiaya görə, qadın axşam saatlarında oğlu üçün avtoqraf almaq bəhanəsi ilə futbolçunun evinə daxil olub.

Cinayətkar artıq saxlanılıb. Onun daha iki şəxsə hücum edib eyni əməli törətdiyi üzə çıxıb.

Son xəbərlər

Orphus sistemi