Fransada oyun zamanı azarkeş ölüb

Fransada oyun zamanı azarkeş ölüb PSJ-nin bir ildən sonra üzləşdiyi məğlubiyyət "Lion"a düşməyib
Futbol
29 Fevral , 2016 15:21
Fransada oyun zamanı azarkeş ölüb

Bakı. 29 fevral. REPORT.AZ/ Futbol üzrə Fransa çempionatında XXVIII turun "Lion" - PSJ matçında faciə baş verib. "Report"un məlumatına görə, oyun zamanı meydan sahiblərinin azarkeşi tribunada dünyasını dəyişib. 

Həkimlər ürəyi tutan fanata ilkin tibbi yardım göstərməyə çalışsalar da, onun həyatını xilas edə bilməyiblər. Klub həyatını itirən tərəfdarının xatirəsini gələn tur "Genqam"la oyunda yad etməyi planlaşdırır. 

Qeyd edək ki, oyun "Lion"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, PSJ-nin 2015-ci il martın 1-dən sonra ilk məğlubiyyəti olub.

Son xəbərlər

Orphus sistemi