Bakı. 12 noyabr. REPORT.AZ/ Futbol üzrə Fransa yığmasının və Almaniyanın "Bavariya" klubunun oyunçusu Kinqsli Koman zədələnib. "Report"un məlumatına görə, 20 yaşlı futbolçu yığmanın düşərgəsində aldığı zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
K.Koman sol diz və topuğundan zədə alıb. O, bu ilin sonuna qədər meydana çıxa bilməyəcək.