Fransa Super Kubokunun keçiriləcəyi tarix açıqlandı

Fransa Super Kubokunun keçiriləcəyi tarix açıqlandı Futbol üzrə Fransa Super Kuboku uğrunda matçın keçiriləcəyi yeri və tarixi bəlli olub.
Futbol
10 Dekabr , 2020 17:00
Fransa Super Kubokunun keçiriləcəyi tarix açıqlandı

Futbol üzrə Fransa Super Kuboku uğrunda matçın yeri və tarixi bəlli olub.

"Report" Fransa Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, PSJ və "Marsel" komandaları arasındakı qarşılaşma yanvarın 13-də gerçəkləşəcək. Görüş Lens şəhərindəki stadionda baş tutacaq.

Bildirilib ki, koronavirus səbəbindən matçı ölkə xaricində keçirmək mümkün olmayıb. Superkubok görüşləri daha əvvəl Çin, Mərakeş və digər ölkələrdə təşkil edilib.

Qeyd edək ki, PSJ 2019/2020 mövsümündə Fransa çempionatında və ölkə kubokunda qalib olub. "Marsel" çempionatda ikinci yeri tutduğu üçün Superkubokda iştirak hüququ qazanıb.

Son xəbərlər

Orphus sistemi