Fransa millisinin sabiq baş məşqçisi on ildən sonra iş yeri tapdı

Fransa millisinin sabiq baş məşqçisi on ildən sonra iş yeri tapdı Fransanın "Nant" futbol komandasının baş məşqçi postuna Raymon Domenek təyin olunub.
Futbol
26 dekabr 2020 19:17
Fransa millisinin sabiq baş məşqçisi on ildən sonra iş yeri tapdı
Raymon Domenek

Fransanın "Nant" futbol komandasının baş məşqçi postuna Raymon Domenek təyin olunub.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 68 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanılıb. Yeni vəzifədə ilk sınaq yanvarın 6-da "Renn"ə qarşı olacaq.

Domenekin son iş yeri 2004 - 2010-cu illərdə rəhbərlik etdiyi Fransa millisi olub. O, "xoruzlar"la 2006-cı il dünya çempionatının finalınadək irəliləyib.

Qeyd edək ki, "Nant" Fransa Liqa 1-dəki son 8 oyununda qələbə qazana bilməyib. Komanda 17 turdan 15 xalla 16-cı yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi