Fransa millisinin qapıçısı sürücülük hüququndan məhrum edilib

Fransa millisinin qapıçısı sürücülük hüququndan məhrum edilib Bakı. 12 sentyabr. REPORT.AZ/ İngiltərənin Tottenhem futbol klubunun və Fransa milli komandasının qapıçısı Uqo Lyoris sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün cəzalandırılıb.
Futbol
12 Sentyabr , 2018 14:52
Fransa millisinin qapıçısı sürücülük hüququndan məhrum edilib
0 : 00
0 : 00

Bakı. 12 sentyabr. REPORT.AZ/ İngiltərənin "Tottenhem" futbol klubunun və Fransa milli komandasının qapıçısı Uqo Lyoris sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün cəzalandırılıb.

"Report" "Sky Sports News"a istinadən xəbər verir ki, 32 yaşlı qolkiper 20 ay müddətinə sürücülük hüququndan məhrum edilib. Həmçinin oyunçuya 56 min avro pul cəzası tətbiq olunub.

Qeyd edək ki, Uqo Lyoris avqustun 24-də sərxoş vəziyyətdə avtomobil idarə edib. Qapıçı ilə bağlı məhkəmə iclası sentyabrın 11-də baş tutub. O, Fransa millisinin heyətində Rusiyada keçirilən dünya çempionatının qalibi olub. 

Son xəbərlər

Orphus sistemi