Fransa liqasının oyunu tribunadakı çaxnaşmaya görə gec başlayıb

Fransa liqasının oyunu tribunadakı çaxnaşmaya görə gec başlayıb Fransa Liqa 1-də XI turun "Sent Etyen" - "Anje" matçı bir saat gec başlayıb.
Futbol
152
23 Oktyabr , 2021 01:02
Fransa liqasının oyunu tribunadakı çaxnaşmaya görə gec başlayıb

Fransa Liqa 1-də XI turun "Sent Etyen" - "Anje" matçı bir saat gec başlayıb.

"Report"un məlumatına görə, buna tribunalardakı çaxnaşma səbəb olub.

"Joffrua Gişar" stadionundakı qarşılaşmadan əvvəl "Sent Etyen" azarkeşləri fişənglər yandıraraq, meydana atmağa başlayıblar. Fişənglərdən bir neçəsi qapı torlarına zərər vurub.

Qeyd edək ki, 10 oyundan sonra "Sent Etyen" 4 xalla 20-ci, "Anje" isə 16 xalla 5-ci yerdə gedir.

Son xəbərlər

Orphus sistemi