PSJ-nin çempionluğu rəsmiləşdi - YENİLƏNİB

PSJ-nin çempionluğu rəsmiləşdi - YENİLƏNİB Fransanın PSJ klubunun Liqa 1-də 2019-2020 mövsümünün çempionu olması rəsmiləşib.
Futbol
30 Aprel , 2020 19:51
PSJ-nin çempionluğu rəsmiləşdi - YENİLƏNİB

Fransanın PSJ klubunun Liqa 1-də 2019-2020 mövsümünün çempionu olması rəsmiləşib.

"Report" yarışın saytına istinadən xəbər verir ki, 27 turdan 68 xal toplayan paytaxt təmsilçisi qalib elan olunub.

Turnir cədvəlinin son 2 pilləsində qərarlaşan "Amyen" və "Tuluza" Liqa 2-yə düşüb. Əvəzində isə aşağı dəstənin çempionu "Loryan" və 2-ci sırada qərarlaşmış "Lans" elitaya yüksəlib.

Fransanı avrokuboklarda təmsil edəcək komandaların adlarına da aydınlıq gəlib. Yarımçıq dayandırılan mövsümü 2-ci sırada başa vuran "Marsel" PSJ ilə birlikdə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. 3-cü sıradakı "Renn" ÇL-in pley-off mərhələsində çıxış edəcək. "Lill", "Reyms" və "Nitsa" isə Avropa Liqasında iştirak hüququ qazanıb.


***14:33

Futbol üzrə Fransa çempionatında qalib elan olunub. 

"Report" "LEquipe" nəşrinə istinadən xəbər verir ki, Liqa 1 rəhbərliyi turnir cədvəlindəkı sıralamanı olduğu kimi saxlayacaq. 

Bununla da PSJ 27 oyundan sonra 68 xalla 2019/2020 mövsümünün çempionu olub. 28 qarşılaşmada 58 xal toplayan "Marsel" 2-ci, 50 xalı olan "Renn" isə üçüncü yeri tutub. 

"Tuluza" və Amyen" komandalarının aşağı dəstəyə düşəcəyi bildirilib. 

Qeyd edək ki, çempionluq rəsmiləşsə, bu PSJ-nin liqada ardıcıl 3-cü, ümumilikdə isə 9-cu qələbəsi olacaq. 

Xatırtladaq ki, Fransanın baş naziri Eduar Filipp ölkədə bütün kütləvi idman tədbirlərinin, eyni zamanda Liqa 1 və Liqa 2-də cari mövsümün yekunlaşdığını açıqlamışdı. 

Son xəbərlər

Orphus sistemi