Fransa kuboku: PSJ "Monako"nu darmadağın edərək finala çıxıb

Fransa kuboku: PSJ "Monako"nu darmadağın edərək finala çıxıb Parisdə baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb
Futbol
27 Aprel , 2017 01:40
Fransa kuboku: PSJ Monakonu darmadağın edərək finala çıxıb

Bakı. 27 aprel. REPORT.AZ/ PSJ klubu futbol üzrə yarımfinal matçında "Monako"nu darmadağın edərək Fransa Kubokunun finalına çıxıb.

"Report"un məlumatına görə, Parisdə baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt klubunun heyətində Yulian Draksler, Edinson Kavani, Blez Matyudi və Markinos fərqləniblər. Bundan əlavə, qonaqlar da bir dəfə öz qapılarına top vurublar.

Beləliklə, PSJ böyük hesabla turnirin finalına çıxıb. Komandanın növbəti qarşılaşmada rəqibi "Anje" olacaq.

Fransa kuboku. 1/2 final

"PSJ" (Paris) "Monako" (Monako) 5:0

Son xəbərlər

Orphus sistemi