Fransa Kuboku: Neymar, Mbappe və Di Mariyanın dublu PSJ-yə qələbə qazandırıb - VİDEO

Fransa Kuboku: Neymar, Mbappe və Di Mariyanın dublu PSJ-yə qələbə qazandırıb - VİDEO PSJ bu qələbə sayəsində turnirin 1/16 finalına vəsiqə qazanıb
Futbol
105
8 Yanvar , 2018 02:49
Fransa Kuboku: Neymar, Mbappe və Di Mariyanın dublu PSJ-yə qələbə qazandırıb - VİDEO

Bakı. 8 yanvar. REPORT.AZ/ Parisin PSJ klubu futbol üzrə Fransa Kubokunun 1/32 finalında "Renn"i darmadağın edib.

“Report” xəbər verir ki, görüş qonaqların 6:1 hesablı qələbəsi ilə başa çatıb.

PSJ-nin heyətində Kilyan Mbappe (9 və 76-cı dəqiqələr), Neymar (17 və 43) və Anhel Di Mariya (24 və 74) öz dublunu rəsmiləşdirib.

"Renn"in heyətində Benjamen Buriqo (66) penaltidən fərqlənib.

PSJ bu qələbə sayəsində turnirin 1/16 finalına vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi