Fransa klubunun futbolçusu zorakılığa görə həbs edilib

Fransa klubunun futbolçusu zorakılığa görə həbs edilib Fransa polisi “Lans” futbol klubunun müdafiəçisi Fakundo Medinanı həbs edib.
Futbol
27 dekabr 2021 01:26
Fransa klubunun futbolçusu zorakılığa görə həbs edilib

Fransa polisi “Lans” futbol klubunun müdafiəçisi Fakundo Medinanı həbs edib.

“Report”un məlumatına görə, bu barədə L Equipe xəbər verib.

O, sevgilisinə qarşı zorakılıqda ittiham olunur.

Qeyd edilir ki, Medina ilə sevgilisi arasında insident dekabrın 25-nə keçən gecə baş verib. Qız Milad bayramını qeyd etmək üçün futbolçunun evinə qonaq gəlib. Lakin cütlük arasında mübahisə yaranıb və futbolçu sevgilisinə qarşı fiziki güc tətbiq edib.

Fakundo Medina ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

Argentinalı oyunçu 2020-ci ildə “Lans”ın futbolçusu olub. Bu mövsüm müdafiəçi Fransa çempionatında 16 matçda meydana çıxıb və 1 qol vurub. Onun komandası 19 oyundan sonra turnir cədvəlində 9-cu yerdədir. “Lans” növbəti oyununu yanvarın 8-də turnir cədvəlində dördüncü yerdə qərarlaşan “Renn”ə qarşı keçirəcək.

Medina Argentina millisində 2020-ci ilin oktyabrında debüt edib.

Son xəbərlər

Orphus sistemi