Bakı. 26 dekabr. REPORT.AZ/ Fransanın "Monpelye" klubunun baş məşqçisi Frederik Ants qeyri-adi qərar qəbul edib.
"Report"un "L Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, qış fasiləsindən sonra futbolçular hər kq artıq çəki üçün 1 avro ödəyəcək.
Baş məşqçi bu addımını futbolçuları artıq çəkidən qorumaq üçün atdığını bildirib: "Cərimə gülməli görünə bilər, ancaq məbləğin böyümək ehtimalı da var".