Fransa klubları azarkeşlərinə görə cəzalandırılıb

Fransa klubları azarkeşlərinə görə cəzalandırılıb Fransa Liqa 1-in VI turunun "Lans" - "Lill" matçında iki komandanın azarkeşləri arasında baş vermiş iğtişaşlarla bağlı qərar açıqlanıb.
Futbol
20 Sentyabr , 2021 18:56
Fransa klubları azarkeşlərinə görə cəzalandırılıb

Fransa Liqa 1-in VI turunun "Lans" - "Lill" matçında iki komandanın azarkeşləri arasında baş vermiş iğtişaşlarla bağlı qərar açıqlanıb.

"Report" "Get French Football News"a istinadən xəbər verir ki, hər iki klub cəzalandırılıb. Meydan sahibləri qarşıdakı 2 çempionat matçını boş tribunalar qarşısında keçirəcək. Qonaqlar isə növbəti səfər görüşündə fanatsız oynamalı olacaq.

Qeyd edək ki, "Lans"ın 1:0 hesabı ilə qalib gəldiyi oyun ikinci hissənin əvvəlində dayandırılıb. Buna ev sahibi komandanın azarkeşlərinin meydana daxil olaraq, dava etmək məqsədilə qonaq tərəfdarların əyləşdiyi sektora tərəf qaçması səbəb olub. Fanatlar meydandan çıxarıldıqdan sonra qarşılaşma yenidən davam etdirilib.

Son xəbərlər

Orphus sistemi