UEFA rəsmisi: "Fransa hökuməti avrokubokları dayandıra bilməz"

UEFA rəsmisi: "Fransa hökuməti avrokubokları dayandıra bilməz" PSJ və Lion Çempionlar Liqasında mübarizələrini davam etdirəcəklər.
Futbol
29 Aprel , 2020 20:46
UEFA rəsmisi: Fransa hökuməti avrokubokları dayandıra bilməz

"PSJ və "Lion" Çempionlar Liqasında mübarizələrini davam etdirəcəklər".

"Report"un məlumatına görə, bunu UEFA İcraiyyə Komitəsinin üzvü Armand Duka İtaliya mətbuatına açıqlamasında Fransada sentyabra qədər futbol yarışlarının ləğv olunmasına münasibət bildirərkən deyib.

Eyni zamanda Albaniya Futbol Federasiyasına başçılıq edən Duka bildirib ki, Fransa hökumətinin qərarı avrokuboklara şamil oluna bilməz: "Fikrimcə, bu qərar Çempionlar Liqasındakı rəqabətə təsir göstərə bilməz. Fransa hökuməti avrokubokları deyil, yalnız öz çempionatını dayandıra bilər".

Qeyd edək ki, dünən Fransanın baş naziri Eduar Filipp ölkədə bütün kütləvi idman tədbirlərinin, eyni zamanda Liqa 1 və Liqa 2-də cari mövsümün ləğv olunduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi