Fransa çempionatındakı oyundan sonra stadionun əməkdaşı öldü

Fransa çempionatındakı oyundan sonra stadionun əməkdaşı öldü Futbol üzrə Fransa çempionatının XVI turunda keçirilmiş "Loryan" - "Renn" matçından sonra faciəvi hadisə baş verib.
Futbol
21 Dekabr , 2020 09:00
Fransa çempionatındakı oyundan sonra stadionun əməkdaşı öldü
0 : 00
0 : 00

Futbol üzrə Fransa çempionatının XVI turunda keçirilmiş "Loryan" - "Renn" matçından sonra faciəvi hadisə baş verib.

"Report" "LEquipe" nəşrinə istinadən xəbər verir ki, "Loryan"ın ev oyunlarını keçirdiyi "Le Mustuar" stadionunun əməkdaşı qarşılaşmanın ardından dünyasını dəyişib.

Görüşün başa çatmasından 10 dəqiqə sonra ot örtüyünü qızdırmaq üçün nəzərdə tutulan avadanlıq stadion işçilərindən birinin üzərinə düşüb.

40-cı dəqiqənin tamamında işçi dağıntılar altından çıxarılıb. Oyunda iştirak edən həkim heyəti ilkin tibbi yardım göstərib, zərərkəkən xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, matç "Renn"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi