Fransa çempionatında yeni mövsümün başlayacağı tarix bəlli oldu

Fransa çempionatında yeni mövsümün başlayacağı tarix bəlli oldu Futbol üzrə Fransa çempionatında yeni mövsümün başlayacağı tarix bəlli olub.
Futbol
23 May , 2020 16:28
Fransa çempionatında yeni mövsümün başlayacağı tarix bəlli oldu

Futbol üzrə Fransa çempionatında yeni mövsümün başlayacağı tarix bəlli olub. 

"Report" RMC-yə istinadən xəbər verir ki, Liqa 1-də 2020/2021 mövsümü avqustun 22-də başlayacaq. 

Çempionatın yayımçıları olan "Mediapro", "Canal +" və "BeIN Sports" ilə məsləhətləşdikdən sonra tarix təyin edilib. Qərara əsasən əsas çempionatın avqustun 22-də, Liqa 2-nin isə avqustun 23-də startı planlaşdırılır. 

UEFA İcraiyyə Komitəsinin iyunun 17-dəki iclasında avrokubokların bərpa tarixi açıqlanandan sonra təqvim dəqiqləşəcək. 

Qeyd edək ki, aprelin 30-da Fransa çempionatı vaxtından əvvəl rəsmən yekunlaşıb və PSJ 2019/2020 mövsümünün qalibi olub.

Son xəbərlər

Orphus sistemi