Fransada oyun vaxtı futbolçu qapıçının sifətini dişlədi

Fransada oyun vaxtı futbolçu qapıçının sifətini dişlədi Fransa Liqa 2-də keçirilmiş "Valansyen" - "Soşo" oyununda xoşagəlməz hadisə yaşanıb.
Futbol
19 Oktyabr , 2020 09:45
Fransada oyun vaxtı futbolçu qapıçının sifətini dişlədi
0 : 00
0 : 00

Fransa Liqa 2-də keçirilmiş "Valansyen" - "Soşo" oyununda xoşagəlməz hadisə yaşanıb.

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, qonaq komandanın futbolçusu Useyn Tuin matçın sonlarında rəqib qapıçı Jerom Priorun sifətini dişləyib.

Final fitindən sonra 25 yaşlı qolkiper bununla bağlı görüşün baş hakimini məlumatlandırıb. Epizodu görməyən referi Tuini cəzalandırmayıb.

Qeyd edək ki, qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi