Bakı. 16 mart. REPORT.AZ/ 1998-ci ildə Fransada keçirilən futbol üzrə Dünya Çempionatının qalibi Kristian Karambö Bakıya gəlib. "Report"un məlumatına görə, o, "Bakı 2015" I Avropa Oyunlarında keçiriləcək çimərlik futbolu üzrə yarışların püşkatmasında iştirak edib.
Püşkatma mərasimi "Fairmont" hotelində baş tutub.
Qeyd edək ki, Kristian Karambö 1998-ci ildə Fransanın heyətində dünya birincisi adını qazanıb. O, hazırda Fransada televiziyaların birində şərhçi olaraq fəaliyyət göstərir.