Riberi onu "qızıl steyk"ə görə tənqid edən azarkeşləri söyüb - VİDEO

Riberi onu "qızıl steyk"ə görə tənqid edən azarkeşləri söyüb - VİDEO Buna Riberinin Nüsrət Gökçenin restoranından video paylaşması səbəb olub
Futbol
186
6 Yanvar , 2019 11:13
Riberi onu qızıl steykə görə tənqid edən azarkeşləri söyüb - VİDEO

Bakı. 6 yanvar. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubunun fransalı yarımmüdafiəçisi Frank Riberi bir neçə gün öncə ona ünvanlanan tənqidlərə sərt cavab verib.

“Report” xəbər verir ki, buna Riberinin "Salt Bae" ləqəbli məşhur türk aşpaz Nüsrət Gökçenin restoranlarından birində çəkilmiş video paylaşması səbəb olub.

Fransalı futbolçu restoranda özünə üzəri nazik qızıl səthi ilə örtülmüş steyk sifariş edib. Yeməyin qiyməti 1200 avro olub və bu, bəzi azarkeşlər və KİV nümayəndələrinin qəzəbinə səbəb olub.

Riberi buna cavab olaraq "Twitter"də onu tənqid edənləri "qüsurlu qoruyucudan dünyaya gəlmiş paxıllar" adlandırıb və onların qohumlarını təhqir edib.

Son xəbərlər

Orphus sistemi