Pele və Puşkaş mərkəz yarımmüdafiəçisi kimi namizəd oldu

Pele və Puşkaş mərkəz yarımmüdafiəçisi kimi namizəd oldu "France Football" nəşri dayaq və hücumameylli yarımmüdafiəçi mövqelərində ən yaxşı futbolçulardan ibarət simvolik yığmaya namizədlərin siyahısını açıqlayıb.
Futbol
13 Oktyabr , 2020 00:53
Pele və Puşkaş mərkəz yarımmüdafiəçisi kimi namizəd oldu
Pele

"France Football" nəşri dayaq və hücumameylli yarımmüdafiəçi mövqelərində ən yaxşı futbolçulardan ibarət simvolik yığmaya namizədlərin siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, siyahıda futbol tarixinin ən yaxşı bombardirləri - braziliyalı üçqat dünya çempionu Pele və adına FIFA-nın ən yaxşı qol mükafatı təsis etdiyi macarıstanlı Ferents Puşkaş hücumameylli yarımmüdafiəçilər kimi yer alıb.

Dayaq yarımmüdafiəçiləri: Yojef Bojik, Serxio Buskets, Didi, Paulo Roberto Falkao, Stiven Cerrard, Jerson, Xosep Qvardiola, Yozef Masopust, Lotar Matteus, Yohan Neeskens, Andrea Pirlo, Fernando Redondo, Frank Raykaard, Bernd Şuster, Klarens Zeedorf, Luis Suares, Marko Tardelli, Jan Tiqana, Xavi Alonso, Xavi;

Hücumameylli yarımmüdafiəçilər: Roberto Bacco, Bobbi Çarlton, Alfredo Di Stefano, Entso Françeskoli, Ruud Qullit, George Hacı, Andres İnyesta, Raymon Kopa, Laslo Kubala, Dieqo Maradona, Sandro Matsola, Pele, Mişel Platini, Ferents Puşkaş, Canni Rivera, Xuan Alberto Skyaffino, Sokrates, Françesko Totti, Ziko, Zinəddin Zidan

Qeyd edək ki, oktyabrın 5-də qapıçı və dörd müdafiəçi adına namizədlər açıqlanıb. Oktyabrın 19-da isə sağ, sol cinah və mərkəz hücumçuları adına iddialılar ictimaiyyətə çatdırılacaq.

"France Football" 177 aparıcı nəşr arasında sorğu keçirir. Hər mövqe üzrə qaliblər rəmzi yığmaya düşəcəklər. Nəticələr dekabrda açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi