Bakı. 18 sentyabr. REPORT.AZ/ Nüfuzlu "FourFourTwo" nəşri "Qarabağ" klubu haqda məqalə dərc edib. "Report"un məlumatına görə, məqalədə ilk olaraq komandanın təmsil etdiyi Ağdam rayonu haqda məlumat verilib.
Məqalədə yerli əhalinin doğma yurd-yuvalarını məcburiyyətdən tərk edərək ölkənin başqa bölgələrinə getdikləri bildirilib. "Qarabağ"ın ilk olaraq ev oyunlarını Ağdamda keçirdiyi, lakin ermənilərin işğalından sonra komandanın Bakıda çıxış etdiyi xatırladılıb. Yazıda Ağdam təmsilçisinin xüsusilə 2014 və 2015-ci ildə qazandığı uğurlardan,
Qara Qarayevin qarabağlı olduğu bildirilən yazıda
Yazıda güman olunur ki, "Qarabağ" Ağdama qayıdacağı və orada çıxış edəcəyi təqdirdə, stadiona müharibədən əvvəl komandada futbolçu kimi çıxış etmiş, daha sonra baş məşqçi kimi fəaliyyət göstərmiş, müharibə zamanı isə döyüşlərə qoşulan və şəhid olan Allahverdi Bağırovun adı veriləcək.