"Forbes"in siyahısı: "Çelsi"nin prezidenti ilk "10-luğ"a düşdü

"Forbes"in siyahısı: "Çelsi"nin prezidenti ilk "10-luğ"a düşdü İngiltərənin "Çelsi" klubunun prezidenti Roman Abramoviç 2020-ci ildə sərvətini artıran rusiyalı milyarderlər arasında ilk "10-luğ"a daxil olub.
Futbol
624
25 Dekabr , 2020 23:40
Forbesin siyahısı: Çelsinin prezidenti ilk 10-luğa düşdü
Roman Abramoviç

İngiltərənin "Çelsi" klubunun prezidenti Roman Abramoviç 2020-ci ildə sərvətini artıran rusiyalı milyarderlər arasında ilk "10-luğ"a daxil olub.

"Report" xəbər verir ki, onun sərvəti cari ildə 1,33 milyard ABŞ dollar artaraq, 13,694 milyard ABŞ dollarına çatıb. İş adamı bu göstərici ilə "Forbes" jurnalının açıqladığı siyahının 8-ci pilləsində qərarlaşıb.

Artıma "Yevraz" şirkətinin səhmlərinin bahalaşması səbəb olub.

Qeyd edək ki, artım üzrə (11,555 milyard ABŞ dolları) birinci yeri "Anji" nin keçmiş sahibi Süleyman Kərimov tutub.

Son xəbərlər

Orphus sistemi