Florentino Peresin namizədliyi təsdiqləndi

Florentino Peresin namizədliyi təsdiqləndi İspaniya "Real Madrid"inin hazırkı prezidenti Florentino Peres növbəti dəfə bu vəzifəyə seçilə bilər
Futbol
10 Aprel , 2021 00:48
Florentino Peresin namizədliyi təsdiqləndi

İspaniya "Real Madrid"inin hazırkı prezidenti Florentino Peres növbəti dəfə bu vəzifəyə seçilə bilər.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən gün onun namizədliyi qeydə alınıb.

74 yaşlı funksioner hazırda yeganə namizəddir. Onun rəqibləri seçkidə iştirak üçün tələb olunan ərizəni hələ təqdim etməyiblər. Aprelin 12-dək başqa namizəd olmasa, Peresin prezidentlik dövrü avtomatik olaraq, 2025-ci ilə qədər uzadılacaq.

Daha əvvəl iş adamı Enrike Rikelme Pereslə rəqabətə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, Florentino Peres 2009-cu ildən "Real Madrid"in prezidentidir. O, 2000-2006-cı illərdə də kluba rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi