Florentino Peres yenidən "Real Madrid"in prezidenti oldu

Florentino Peres yenidən "Real Madrid"in prezidenti oldu Peres 2025-ci ilədək Madrid klubuna rəhbərlik edəcək
Futbol
13 Aprel , 2021 09:47
Florentino Peres yenidən Real Madridin prezidenti oldu
Florentino Peres

İspaniyanın "Real Madrid" klubunun hazırkı prezidenti Florentino Peres növbəti dəfə bu vəzifəyə seçilib.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, 75 yaşlı funksioner yeganə namizəd olduğu üçün səsvermə belə keçirilməyib.

Yeni anlaşmaya əsasən, Peres 2025-ci ilədək "kral klubu"na rəhbərlik edəcək. 2009-cu ildən "Real Madrid"in prezidenti olan funkisioner 2000 - 2006-cı illərdə də bu vəzifədə çalışıb.

Son xəbərlər

Orphus sistemi