AFFA: "Bayraqlar həmrəylik simvolu olaraq asıldı"

AFFA: "Bayraqlar həmrəylik simvolu olaraq asıldı" AFFA-nın inzibatibinasında Azərbaycan bayraqları asılıb.
Futbol
617
22 İyul , 2020 18:40
AFFA: Bayraqlar həmrəylik simvolu olaraq asıldı

AFFA-nın inzibati binasında Azərbaycan bayraqları asılıb. 

"Report"un məlumatına görə, bu, sosial şəbəkələrdə xüsusi maraqla qarşılanıb. 

Qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məsələ ilə bağlı açıqlama verib. O, "Report"a bildirib ki, Azərbaycan bayraqlarının AFFA-nın binasından asılmasında o qədər də qeyri-adi şey yoxdur.

Federasiya rəsmisi ölkədə son günlərin bir qədər gərgin keçdiyini söyləyib: "Cəbhə xəttində müəyyən hadisələr baş verdi. Azərbaycan bayraqlarının AFFA-nın binasının bir neçə yerində asılması çətin günlərdə "Biz birlikdə güclüyük!" şüarının simvolu, onun rəmzidir. Azərbaycanın gözəl dövlət bayrağı var. Bu bayraq harada asılırsa, həm gözəllik gətirir, həm də bizim güclü olduğumuzun göstəricisidir. Bayraqlar həmrəylik simvolu olaraq AFFA-nın binasından asıldı". 

Son xəbərlər

Orphus sistemi