"Fiorentina"nın futbolçusu "Qarabağ"a vurduğu qolu xərçəngdən əməliyyat olunan həyat yoldaşına həsr edib

"Fiorentina"nın futbolçusu "Qarabağ"a vurduğu qolu xərçəngdən əməliyyat olunan həyat yoldaşına həsr edib Argentinalı forvardın emosional qol sevincinə komanda yoldaşları da qoşulublar
Futbol
30 Sentyabr , 2016 09:26
Fiorentinanın futbolçusu Qarabağa vurduğu qolu xərçəngdən əməliyyat olunan həyat yoldaşına həsr edib

Bakı. 30 sentyabr. REPORT.AZ/ İtaliyanın "Fiorentina" klubunun futbolçusu Mauro Sarate "Qarabağ"la Avropa Liqasının qrup mərhələsinin II tur matçında vurduğu qolu süd vəzisi xərçəngi xəstəliyindən əməliyyat olunan həyat yoldaşı Natali Veberə həsr edib. 

"Report"un məlumatına görə, 29 yaşlı hücumçu 61-ci dəqiqədə meydana daxil olduqdan az sonra 15 dəqiqə ərzində 2 qol vurub. Sarate 63-cü dəqiqədə ilk qoluna imza atdıqdan sonra əynindəki futbolkanı çıxarıb və diz üstə çökərək, üzərində "Gracias dios Nat, te amo" ("Allaha şükür! Səni sevirəm, Nat") yazılmış geyimini nümayiş etdirib. Argentinalı forvardın emosional qol sevincinə komanda yoldaşları da qoşulublar.

Qeyd edək ki, "Qarabağ" 30-cu dəqiqədə Elvin Yunuszadənin meydandan kənarlaşdırılmasından sonra 5 top buraxıb və yalnız uzatma dəqiqələrində təsəlli qolunu vura bilib - 1:5. 

Son xəbərlər

Orphus sistemi