"Fiorentina" Kokorinlə müqavilə imzaladı

"Fiorentina" Kokorinlə müqavilə imzaladı İtaliyanın "Fiorentina" komandası rusiyalı futbolçuy Aleksand Kokorinin keçidini həll edib.
Futbol
27 Yanvar , 2021 13:29
Fiorentina Kokorinlə müqavilə imzaladı
Aleksandr Kokorin

İtaliyanın "Fiorentina" komandası rusiyalı futbolçu Aleksandr Kokorinin keçidini həll edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu ilə müqavilə imzalanıb.

Təcrübəli oyunçunun rəsmi təqdimatının bu gün olacağı bildirilib. İtaliya mətbuatı Kokorinin 3,5 illik sözləşməyə imza atdığını yazıb. O, yeni komandasında 91 nömrəli formanı geyinəcək.

İddiaya görə, Florensiya təmsilçisi bu keçid üçün 4,5 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Aleksandr Kokorinin son klubu Moskva "Spartak"ı olub.

Son xəbərlər

Orphus sistemi