"Fiorentina" klubu Bakıdan "Qarabağ" formaları da aparıb

"Fiorentina" klubu Bakıdan "Qarabağ" formaları da aparıb Qara Qarayev isə geyimini azarkeşlərə atıb
Futbol
8 Dekabr , 2016 22:10
Fiorentina klubu Bakıdan Qarabağ formaları da aparıb

Bakı. 8 dekabr. REPORT.AZ/ İtaliyanın "Fiorentina" klubu Bakıdan təkcə qələbə yox, "Qarabağ" formaları da aparır. "Report"un məlumatına görə, oyundan sonra "bənövşəyilər"in nümayəndəsi Ağdam komandasının paltardəyişmə otağına girib.

O, Azərbaycan təmsilçisinin bir neçə formasını pay götürüb. "Qarabağ" futbolçuları geyimlərini təkcə qonaq komandaya verməyib. Qara Qarayev formasını azarkeşlərə atıbsa, Əfran İsmayılov rəqib oyunçu ilə dəyişib.

Qeyd edək ki, oyun "Fiorentina"nın qələbəsi ilə yekunlaşıb - 2:1. 

Son xəbərlər

Orphus sistemi