​Finlandiyada qarşıdurma nəticəsində 11 futbol fanatı saxlanılıb

​Finlandiyada qarşıdurma nəticəsində 11 futbol fanatı saxlanılıb Toqquşma HIFK və HJK klublarının oyunundan əvvəl və sonra baş verib
Futbol
27 May , 2016 01:48
​Finlandiyada qarşıdurma nəticəsində 11 futbol fanatı saxlanılıb

Bakı. 27 may. REPORT.AZ/ Finlandiyanın HIFK və HJK klublarının fanatları Helsinkidə yerləşən Olimpiya stadionu ərazisində iğtişaş törədiblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Helsinki polisi məlumat yayıb.

Fanatlar arasında toqquşma komandaların oyunundan əvvəl və sonra baş verib. Polis azarkeşləri sakitləşdirmək üçün gözyaşardıcı qaz tətbiq etmək məcburiyyətində qalıb. Asayiş keşikçiləri, həmçinin 11 nəfəri saxlayıb. Onların bəziləri oyun zamanı tutulub.

Matç HJK-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda Finlandiyanın paytaxtında vəziyyət normallaşıb.

Son xəbərlər

Orphus sistemi