"Finalissima": Argentina İtaliyanı məğlub edib

"Finalissima": Argentina İtaliyanı məğlub edib Avropa çempionu İtaliya və Amerika Kubokunun son qalibi Argentina milli komandaları arasında oyun keçirilib.
Futbol
601
2 İyun , 2022 00:44
Finalissima: Argentina İtaliyanı məğlub edib

Avropa çempionu İtaliya və Amerika Kubokunun son qalibi Argentina milli komandaları arasında oyun keçirilib.

"Report"un məlumatına görə, "Finalissima" adı verilən görüş İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunub.

Qarşılaşma Cənubi Amerika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. Komandanın ilk qolunu 28-ci dəqiqədə Lautaro Martines vurub. 45+1-ci dəqiqədə Anxel Di Mariya fərqi iki topa çatdırıb. 90+4-cü dəqiqədə isə Paulo Dibala görüşdə son nöqtəni qoyub.

Beləliklə, Argentina "Finalissima"nın kubokunu başı üzərinə qaldırıb.

Finalissima

1 iyun

22:45. İtaliya - Argentina - 0:3

Qol: Lautaro Martines, 28. Anxel Di Mariya, 45+1. Paulo Dibala, 90+4

Baş hakim: Pyero Masa (Çili)

London, "Uembli" stadionu

Qeyd edək ki, görüş UEFA ilə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutub.

Son xəbərlər

Orphus sistemi