Filip Ozobiç: "Səbirsizliklə Azərbaycan millisinə dəvəti gözləyəcəyəm"

Filip Ozobiç: "Səbirsizliklə Azərbaycan millisinə dəvəti gözləyəcəyəm" Komandamızın futbolçusu Filip Ozobiç klubumuzun saytına açıqlamasında Avstriya toplanışını dəyərləndirib və Azərbaycan millisindən dəvət gözlədiyini bildirib:
Futbol
390
15 İyul , 2021 11:31
Filip Ozobiç: Səbirsizliklə Azərbaycan millisinə dəvəti gözləyəcəyəm
Filip Ozobiç

"Məşqlərimiz çox yaxşı keçir. Düşünürəm ki, komandamızda hamı bu fikirlə razılaşar. Keçirdiyimiz yoldaşlıq oyunlarının da bizə çox xeyri dəyəcək".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç klubun rəsmi saytına açıqlamasında Avstriyada davam edən təlim-məşq toplanışı barədə danışarkən deyib.

Xorvatiyalı yarımmüdafiəçi bildirib ki, tam hazır olmaq üçün qısa zamana ehtiyacları var: "Yeni oyunçularımız var və yəqin ki, yenə olacaq. Biz də onlara əlimizdən gələn köməyi etməliyik ki, komandaya, oyun üslubumuza tez uyğunlaşsınlar. Konfrans Liqasında qarşılaşacağımız "Aşdod" yaxşı komandadır. Bizi çətin oyun gözləyir. Əminəm ki, matça qədər tam hazır olacağıq".

30 yaşlı oyunçu FIFA-nın onun Azərbaycan millisində oynamasına icazə verməsinə dəmünasibət bildirib: "Bunu dünən eşitdim. Mən də bu anı gözləyirdim. Uzun müddətdir ki, Azərbaycandayam. Bu ölkə mənə çox doğmadır. Səbirsizliklə millinin oyunlarını və yığmaya dəvəti gözləyəcəyəm. Millinin baş məşqçisi mənə dəvət göndərərsə, yığmanın uğurları üçün hər zaman əlimdən gələni etməyə hazıram. Mənim üçün doğmalaşmış ölkənin millisi üçün əlimdən gələni əsirgəməyəcəm".

Qeyd edək ki, Filip Ozobiç 2016-cı ildən Azərbaycanda çıxış edir. Futbolçu "Qarabağ"dan öncə "Qəbələ"nin şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi