Bakı birinciliyinin mükafatçıları bəlli oldu

Bakı birinciliyinin mükafatçıları bəlli oldu Ötən həftəsonu FIFA20 üzrə Bakı şəhər açıq onlayn birinciliyi başa çatıb.
Futbol
19 Avqust , 2020 14:33
Bakı birinciliyinin mükafatçıları bəlli oldu

Ötən həftəsonu FIFA20 üzrə Bakı şəhər açıq onlayn birinciliyi başa çatıb.

"Report"un məlumatına görə, Azərbaycan Kiber İdman Federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən AFFA və Gaming League Azerbaijan-ın dəstəyilə təşkil olunmuş tədbirdə 12 yaşdan yuxarı 98 nəfər iştirak edib.

Ən güclü üçlükdə aşağıdakılar qərarlaşıb:

1.Tural ”Tural_GarFio” Həsənov

2. Ayxan “Death_Stroke” Əliyev

3. Fərhad “Vivalayedder” Ağayev

Kiber idmanın Azərbaycanda pərəstişkarlarının sayı getdikcə artmaqdadır. Kiberfutbol ölkəmizdə populyar kiber idman növləri sırasında öz layiqli yerini tutmaqdadır. AzKİF və GLA iki divizionu üzrə keçirilən FIFA20 idman simulyatorunun artıq ikinci mövsümünə start verilməsi, həmçinin kiberfutbolun qarşıdan gələn kompyuter oyunları üzrə Dünya Çempionatının növlərindən biri kimi seçilməsi bunun sübutudur. Azərbaycanda getdikcə daha çox kiber idmançı özünü kiber idmanda tapır və ola bilsin ki, elə bir dövr gələcək ki, kiber idmanı Olimpiya oyunları proqramında görə biləcəyik. Hələ ki, yeni oyunçular üçün öz sevimli növləri üzrə karyera qurmaq və Azərbaycan Kiber İdman Federasiyası tərəfindən təşkil olunan milli və beynəlxalq kiber idman turnirlərində iştirak etmək fürsəti yaranıb.

Son xəbərlər

Orphus sistemi