FIFA milli federasiyalarla mundialların iki ildən bir təşkilini müzakirə edəcək

FIFA milli federasiyalarla mundialların iki ildən bir təşkilini müzakirə edəcək Bu gün FIFA 211 milli federasiyaların nümayəndələri ilə onlayn sammit keçirəcək
Futbol
20 Dekabr , 2021 09:29
FIFA milli federasiyalarla mundialların iki ildən bir təşkilini müzakirə edəcək

Bu gün FIFA 211 milli federasiyaların nümayəndələri ilə onlayn sammit keçirəcək.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, ali futbol qurumunun prezidenti Canni İnfantino dünya çempionatının 2 ildən bir keçirilməsi ideyası ilə bağlı federasiyalardan dəstək almaq istəyir.

Toplantı iki gün davam edəcək. İnfantino ali futbol qurumu üçün əlavə gəlir mənbələri tapmaşa çalışır. Mundialların keçirildiyi illərdə FIFA-nın gəlirləri xeyli artır. Məsələn, DÇ-2018-ə görə həmin il 4,6 milyard ABŞ dolları qazanan təşkilat 2019-cu ildə 766 milyon dollar əldə edib.

Hazırda futbolçular ilin təxminən 50 gününü milli komandalarda keçirirlər. Bu isə o deməkdir ki, onlar vaxtlarının 80 faizində klubların düşərgəsində olurlar. FİFA islahatlar olacağı təqdirdə, bu bölgünü saxlamayacağına söz verib.

Qeyd edək k, daha əvvəl UEFA və CONMEBOL FIFA-nın ideyasına qarşı çıxıb.

Son xəbərlər

Orphus sistemi