Azərbaycanlı gənc futbolçunun öldürülməsinə ilk beynəlxalq reaksiya

Azərbaycanlı gənc futbolçunun öldürülməsinə ilk beynəlxalq reaksiya Azyaşlı futbolçu Şəhriyar Qurbanovun həlak olması münasibətilə FIFA-dan AFFA-ya başsağlığı məktubu daxil olub.
Futbol
3279
30 Sentyabr , 2020 12:44
Azərbaycanlı gənc futbolçunun öldürülməsinə ilk beynəlxalq reaksiya
0 : 00
0 : 00

Azyaşlı futbolçu Şəhriyar Qurbanovun həlak olması münasibətilə FIFA-dan AFFA-ya başsağlığı məktubu daxil olub.

"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, FIFA-dan göndərilən məktubda deyilir:

“Şəhriyar Qurbanov xatirəsinə,

Bu məktubla azyaşlı futbolçu Şəhriyar Qurbanovun bu yaxınlarda dünyasını dəyişməsi ilə bağlı səmimi və dərin hüznlə başsağlığımızı ifadə etmək istərdik.

Şəhriyarın ailəsinə, "Naftalan" futbol klubundakı komanda yoldaşlarına, dostlarına və sevdiklərinə dərin hüznümüzü çatdırır, bu çətin zamanda sözlərimizin sülh və təsəlli verəcəyinə ümid edirik”.

Qeyd edək ki, FIFA gənc futbolçunun öldürülməsinə reaksiya verən ilk beynəlxalq təşkilatdır. 

Son xəbərlər

Orphus sistemi