FIFA Türkiyə klubuna qadağanı Azərbaycan millisinin futbolçusuna görə götürməyib

FIFA Türkiyə klubuna qadağanı Azərbaycan millisinin futbolçusuna görə götürməyib Ufuk Budak "Manisaspor"un ona olan borcundan imtina etmək istəməyib
Futbol
7 Sentyabr , 2018 11:06
FIFA Türkiyə klubuna qadağanı Azərbaycan millisinin futbolçusuna görə  götürməyib

Bakı. 7 sentybar. REPORT.AZ/ FIFA Türkiyənin "Manisaspor" klubuna tətbiq etdiyi transfer qadağasını qüvvədə saxlayıb.

“Report” xəbər verir ki, buna səbəb Azərbaycan millisinin futbolçusu Ufuk Budak da daxil olmaqla, 4 futboçunun klubun onlara olan borcundan imtina etmək istəməmələridir. Manisa təmsilçisinin rəsmiləri borcu olduğu oyunçulara müraciət etsə də, 28 yaşlı müdafiəçi ilə yanaşı, Metin Yüksel, Bahattin Köse və Slavko Petroviçdən mənfi cavab alıblar. Futbolçular FIFA-ya göndərdikləri şikayət ərizələrini geri götürməyiblər.

“Manisaspor”un futbol şöbəsinin rəhbəri Altan Çakıcı bildirib ki, transfer qadağası gənc futbolçuların yolunu açmaq baxımından faydalı olacaq. Azərbaycan millisinin sabiq futbolçusu Uğur Pamuk da hazırda bu komandanın heyətində yer alıb.

Qeyd edək ki, hazırda Türkiyənin I Liqasında çıxış edən “Boluspor”a bu yay keçən Ufuk Budak "Manisaspor"da 2017-ci ildə çıxış edib. 

Son xəbərlər

Orphus sistemi