FIFA tribunalardan meydanın görünməsinə görə ən yaxşı stadionu müəyyənləşdirib

FIFA tribunalardan meydanın görünməsinə görə ən yaxşı stadionu müəyyənləşdirib Bakı. 12 dekabr. REPORT.AZ/ FIFA tribunalardan meydanın görünməsinə görə ən yaxşı stadionu müəyyənləşdirib.
Futbol
12 Dekabr , 2018 12:26
FIFA tribunalardan meydanın görünməsinə görə ən yaxşı stadionu müəyyənləşdirib

Bakı. 12 dekabr. REPORT.AZ/ FIFA tribunalardan meydanın görünməsinə görə ən yaxşı stadionu müəyyənləşdirib.

"Report" xəbər verir ki, ali futbol qurumu Rusiyanın paytaxtı Moskvada yerləşən "Lujniki" stadionunu buna layiq görüb. 

Moskva Tikinti Departamentinin rəhbəri Andrey Boçkaryov stadionun yenidən qurulması zamanı FIFA-dan 50 nümayəndənin yoxlamalar apardıqlarını açıqlayıb: "Onların hər biri özünə aid hissəyə məsuliyyət daşıyırdı. Tribunada yer, işıqlandırma və s. Ekspertlərin iradlarını qısa bir zamanda aradan qaldırdıq. Məsələn, iki gecə ərzində 300 elektrik şəbəkə birləşdiricisi quraşdırdıq. Moskva Bələdiyyəsinin rəhbəri Sergey Sobyanin mütəmadi olaraq tikinti sahəsinə gəlib. Məhz onun qərarı ilə arenanın tarixi fasadı qorunub saxlanılıb".

Qeyd edək ki, Rusiyada keçirilmiş dünya çempionatının 7 oyunu, o cümlədən, açılış və final matçı "Lujniki" stadionunda baş tutub. Arena 81 min azarkeş tutumuna malikdir. 

Son xəbərlər

Orphus sistemi