FIFA "The Best" mükafatı üçün finalçıları açıqladı

FIFA "The Best" mükafatı üçün finalçıları açıqladı FIFA ilin ən yaxşı futbolçusu adına namizədlərin sayını 3-ə endirib.
Futbol
11 Dekabr , 2020 19:52
FIFA The Best mükafatı üçün finalçıları açıqladı

FIFA ilin ən yaxşı futbolçusu adına namizədlərin sayını 3-ə endirib.

"Report"un məlumatına görə, hazırda bu ada İtaliya "Yuventus"undan Kriştianu Ronaldu, Almaniya "Bavariya"sından Robert Levandovski və İspaniya "Barselona"sından Lionel Messi iddia edir.

Qadın futbolçulardan "3-lüy"ə Lüsi Brounz ("İngiltərə, "Mançester Yunayted"), Pernilla Harder (Danimarka, "Çelsi"), Vendi Renar (Fransa, "Lion") düşüb.

Qapıçı nominasiyası üzrə mükafata əsas namizədlər sırasında braziliyalı Alisson Beker ("Liverpul", İngiltərə), almaniyalı Manuel Noyer ("Bavariya", Almaniya) və sloveniyalı Yan Oblak ("Atletiko", İspaniya) yer alıb.

Qadın qapıçılardan isə Sara Buaddi (Fransa, "Lion"), Kristiana Endler (Çili, PSJ) və Alissa Neher (ABŞ, "Çikaqo Red Starz") seçilib.

Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir onlayn formatda təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi