FIFA Rusiyanın yox, başqa ölkələrin üzvlüyünü dayandırıb

FIFA Rusiyanın yox, başqa ölkələrin üzvlüyünü dayandırıb Pakistan, Zimbabve və Keniyanın FIFA-ya üzvlüyü dayandırılıb.
Futbol
31 mart 2022 09:39
FIFA Rusiyanın yox, başqa ölkələrin üzvlüyünü dayandırıb

Pakistan, Zimbabve və Keniyanın FIFA-ya üzvlüyü dayandırılıb.

"Report"un məlumatına görə, müvafiq qərar ali futbol qurumunun Qətərin paytaxtı Dohada keçirilən 72-ci Konqresində qəbul olunub.

Daha əvvəl Rusiyanın da üzvlükdən kənarlaşdırması və ya dayandırılma məsələsinin səsverməyə çıxarılacağı ehtimal edilirdi. Lakin Konqresdə bu məsələ qaldırılmayıb.

Fevralın sonlarında FIFA və UEFA Rusiya klubları ilə yığmalarını Ukraynaya hərbi müdaxilə səbəbindən beynəlxalq yarışlardan müvəqqəti uzaqlaşdırıb. Rusiya Futbol İttifaqı (RFS) qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya verib. Məsələyə aprel-mayda baxılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi