FIFA reytinqi: Azərbaycan millisi 2 pillə geriləyib

FIFA reytinqi: Azərbaycan millisi 2 pillə geriləyib FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Futbol
12 Avqust , 2021 12:04
FIFA reytinqi: Azərbaycan millisi 2 pillə geriləyib

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

"Report" xəbər verir ki, Azərbaycan millisi 2 pillə geriləyərək 1166 xalla 112-ci sırada qərarlaşıb.

Yığmanın DÇ-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən Portuqaliya 1662 xalla 8-ci, Serbiya 1507 xalla 29-cu, İrlandiya 1429 xalla 47-ci, Lüksemburq isə 1239 xalla 96-cı yerdədir.

Türkiyə millisi isə reytinqdə 10 pillə geriləyib. "Ay-ulduzlular" 1464 xalla 39-cu sırada yer alıb.

Reytinqin ilk 3 pilləsində Belçika (1822), Braziliya (1798) və Fransa (1762) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi