FIFA referimiz Gürcüstana dəvət olundu

FIFA referimiz Gürcüstana dəvət olundu Azərbaycanın qadın futbol hakimləri beynəlxalq turnirə dəvət olunub.
Futbol
5 Mart , 2020 16:30
FIFA referimiz Gürcüstana dəvət olundu

Azərbaycanın qadın futbol hakimləri beynəlxalq turnirə dəvət olunub.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FİFA referisi Yuliya Qurbanova və referi köməkçisi Sevda Nuriyevaya Gürcüstan Futbol Federasiyasından dəvət gəlib. Onlar 19 yaşadək qızlardan ibarət milli komandalar arasında beynəlxalq turnirin oyunlarını idarə edəcəklər.

Gürcüstan, Belarus, Estoniya və Ukrayna komandalarının iştirak edəcəyi turnirin oyunları 21 - 26 apreldə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi