FIFA prezidenti: "Təqvimlə bağlı hər bir milli assosiasiyanın rəyi nəzərə alınacaq"

FIFA prezidenti: "Təqvimlə bağlı hər bir milli assosiasiyanın rəyi nəzərə alınacaq" "Futbolu necə inkişaf etdirdiyimizi və onun gələcəyinin nə cür olacağını düşünməliyik".
Futbol
138
20 Oktyabr , 2021 23:57
FIFA prezidenti: Təqvimlə bağlı hər bir milli assosiasiyanın rəyi nəzərə alınacaq

"Futbolu necə inkişaf etdirdiyimizi və onun gələcəyinin nə cür olacağını düşünməliyik".

"Report"un məlumatına görə, bunu FIFA prezidenti Canni İnfantino ali futbol qurumunun iclasından sonra mətbuat konfransında deyib.

51 yaşlı funksioner bildirib ki, futbolun gələcəyini ən qısa zamanda müzakirə etmək məcburiyyətindədirlər: "Həm qadın, həm də kişi futbolunda 2023 və 2024-cü illərdən sonra keçiriləcək beynəlxalq turnirlərin təqvimini tərtib etmək çox vacibdir. Hər bir milli assosiasiyanın rəyi nəzərə alınacaq və heç kim kənarda qalmayacaq".

Daha əvvəl dünya çempionatının iki ildən bir keçirilmə ideyasını FIFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Vengerin bütün milli komandaların baş məşqçiləri ilə müzakirə edəcəyi məlum olub.

Qeyd edək ki, növbəti mundial 2022-ci il 21 noyabr - 18 dekabrda Qətərdə təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi