FIFA-nın yaranmasından 116 il keçir

FIFA-nın yaranmasından 116 il keçir Bu gün FIFA-nın yarandığı gündür.
Futbol
21 May , 2020 13:11
FIFA-nın yaranmasından 116 il keçir

Bu gün FIFA-nın yarandığı gündür. 

"Report"un məlumatına görə, ali futbol qurumu 1904-cü il mayın 21-də təsis olunub. Qurumun qərargahı İsveçrənin Sürix şəhərində yerləşir. Hazırda FIFA-ya 211 milli assosiasiya üzvdür. 

Təşkilat müxtəlif beynəlxalq yarışlar keçirməklə yanaşı, dünya futbolunu idarə edən, qaydaları tətbiq edən və dəyişdirən orqandır. FIFA-nın təşkil etdiyi ən vacib yarış 1930-cu ildən keçirilən dünya çempionatıdır. 

Qeyd edək ki, FIFA-nın indiyədək 9 prezidenti olub. Hazırda təşkilata Canni İnfantino rəhbərlik edir. 

Son xəbərlər

Orphus sistemi