"Kardiff Siti" FIFA-nın təyyarə qəzasında həlak olan oyunçu barədə qərarına etiraz edəcək

"Kardiff Siti" FIFA-nın təyyarə qəzasında həlak olan oyunçu barədə qərarına etiraz edəcək İngiltərənin səviyyəcə ikinci liqasında çıxış edən Uelsin Kardiff Siti klubu təyyarə qəzasında həlak olan Emiliano Sala ilə bağlı FIFA-nın qərarından razı qalmayıb.
Futbol
2 Oktyabr , 2019 14:37
Kardiff Siti FIFA-nın təyyarə qəzasında həlak olan oyunçu barədə qərarına etiraz edəcək

İngiltərənin səviyyəcə ikinci liqasında çıxış edən Uelsin "Kardiff Siti" klubu təyyarə qəzasında həlak olan Emiliano Sala ilə bağlı FIFA-nın qərarından razı qalmayıb.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, klub rəhbərliyi qərarla başlı İdman Arbitraj Məhkəməsinə (CAS) etiraz edəcəyini bildirib. Açıqlamada həmçinin qeyd olunub ki, "Kardiff Siti" FIFA-nın qərarından son dərəcə məyusdur və bunu ədalətsiz hesab edir.

Qeyd edək ki, FIFA "Kardiff Siti"nin Emiliano Sala üçün Fransa "Nant"ına 6 milyon avro ödəməli olduğuna dair qərar çıxarıb. Argentinalı oyunçu qış transfer dövründə Fransa təmsilçisinə keçib. O, Uels klubu tarixində ən bahalı transfer olub. Forvard Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun meyiti aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi