FIFA-nın sabiq prezidenti: "Güvəndiyim insanlar mənə xəyanət etdilər"

FIFA-nın sabiq prezidenti: "Güvəndiyim insanlar mənə xəyanət etdilər" Yozef Blatter: "Ən böyük səhvim onlara inanmağımdır"
Futbol
369
14 İyun , 2018 12:13
FIFA-nın sabiq prezidenti: Güvəndiyim insanlar mənə xəyanət etdilər
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ “Bəli, zamanında səhvlərə yol vermişəm. Onlardan ən böyüyü heç də həmişə mənim tərəfimdə olmayan insanlara inanmağımdır”.

“Report” xəbər verir ki, bunu Rusiyanın RT telekanalına müsahibəsində FIFA-nın sabiq prezidenti Yozef Blatter deyib. 82 yaşlı sabiq futbol funksioneri güvəndiyi insanların ona xəyanət etdiklərini söyləyib.

“FIFA-ya 1975-ci ildə gəlmişdim. Həmin vaxt qurum 11 əməkdaşı olan kiçik bir təşkilat idi. Orada fərqli vəzifələrdə çalışdım. FIFA ilə birgə böyüdüm və inkişaf etdim. 1998-ci ildə məni quruma rəhbər seçdilər. Bu vəzifəni alandan sonra məni əhatə edən insanlara güvəndim. Lakin yekunda mənə xəyanət edilər və bununla barışası oldum. Çünki İdarə Heyətini dəyişmək olmazdı”, - Blatter deyib.

Qeyd edək ki, Yozef Blatter 1998 - 2015-ci illərdə FİFA prezidenti olub. O, 3 il öncə qurumun Etika Komitəsinin qərarı ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Hazırda FİFA-ya UEFA-nın sabiq baş katibi Canni İnfantino başçılıq edir.

Son xəbərlər

Orphus sistemi