​FIFA-nın Konqresində insident yaşanıb

​FIFA-nın Konqresində insident yaşanıb Bir qrup şəxs Fələstinin müstəqilliyini tanımağa və Blatterin istefasını tələb etdi
Futbol
1161
29 May , 2015 13:35
​FIFA-nın Konqresində insident yaşanıb

Bakı. 29 may. REPORT.AZ/  İsveçrənin Sürix şəhərində işinə başlayan Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) 65-ci qurultayında insident baş verib.

"Report"un məlumatına görə, FİFA prezidenti Yozef Blatterin çıxışlarının birində, bir qrup şəxs Fələstinin tanınması və Yozef Blatterin istefasını tələb edən çağırışlar edib və şüarlar səsləndirib.

Yozef Blatterin xahişi ilə həmin şəxslər təhlükəsizlik xidməti tərəfindən salondan çıxarılıb.

Son xəbərlər

Orphus sistemi