FIFA mart və aprel ayındakı oyunların təxirə salınmasını tövsiyə etdi

FIFA mart və aprel ayındakı oyunların təxirə salınmasını tövsiyə etdi FIFA koronavirus səbəbindən milli komandaların iştirakı ilə mart və aprel aylarına planlaşdırılan oyunların təxirə salınmasını tövsiyə edib.
Futbol
123
14 Mart , 2020 10:23
FIFA mart və aprel ayındakı oyunların təxirə salınmasını tövsiyə etdi

FIFA koronavirus səbəbindən milli komandaların iştirakı ilə mart və aprel aylarına planlaşdırılan oyunların təxirə salınmasını tövsiyə edib. 

"Report"un məlumatına görə, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, son qərar yarışın təşkilatçıları və müvafiq qurumlar tərəfindən qəbul olunacaq. 

Qeyd edək ki, FIFA daha öncə Asiya və Cənubi Amerikada keçirilməsi planlaşdırılan DÇ-2022-nin seçmə mərhələyə oyunlarını təxirə salıb. UEFA martın 17-də 55 milli assosiasiyanın iştirakı ilə video-konfrans təşkil edəcək. Müzakirələr bütün daxili və qitəmiqyaslı yarışları, habelə AVRO-2020-ni əhatə edəcək.

Xatırladaq ki, Avropanın və dünyanın bir sıra ölkəsində koronavirus pandemiyasına görə çempionatlar dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi