FIFA irqçiliyə görə Macarıstan millisini cəzalandırıb

FIFA irqçiliyə görə Macarıstan millisini cəzalandırıb FIFA İntizam Komitəsi Macarıstan millisinin cəzalandırıb.
Futbol
21 Sentyabr , 2021 19:50
FIFA irqçiliyə görə Macarıstan millisini cəzalandırıb

FIFA İntizam Komitəsi Macarıstan millisini cəzalandırıb.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, buna sözügedən yığmanın evdə İngiltərəyə 0:4 hesabı ilə uduzduğu 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə oyununda yerli azarkeşlərin irqçi davranışları səbəb olub.

Macarlara FIFA bayrağı altında qarşıdakı iki ev görüşünü tamaşaçısız keçirmə cəzası verilib. İkinci qarşılaşma ilə bağlı qərar şərtidir. 2 illik sınaq müddətində eyni hal təkrarlanarsa, 1 oyunluq cəza qərarı avtomatik olaraq qüvvəyə minəcək. Bundan başqa, Macarıstan Futbol İttifaqı 200 000 İsveçrə frankı məbləğində cərimələnib.

Qeyd edək ki, Budapeştdə keçirilmiş oyun zamanı qonaqların futbolçuları Rəhim Sterlinq və Cud Bellingem irqçi təhqirlərə məruz qalıb. Bundan sonra İngiltərə Futbol Federasiyası FIFA-dan hadisələrin araşdırılmasını istəyib.

Son xəbərlər

Orphus sistemi